MÜSAHİBƏ

30 İyun

STAR zavodunda nafta istehsalı artıb

Finss.az - SOCAR-a məxsus Türkiyənin STAR Neft Emalı Zavodu bu ilin aprel ayında 131 min 847 ton nafta istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1%-dən çox artım deməkdir.

Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun məlumatına görə, zavodun neft idxalı da artaraq 932 min tonu ötüb – bu da 7,9% yüksəliş deməkdir.

Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən STAR zavodu hazırda 13 milyon ton illik emal gücünə malikdir. Müəssisə dizel, aviasiya yanacağı və nafta istehsal edir. İstehsal olunan nafta Petkim kompleksinin əsas xammal tələbatını qarşılayır.