Finss.az - Müştərilərinə hər zaman rahat bank xidmətləri təqdim edən Expressbank qızıl təminatlı kreditin maksimal məbləğini 50 000 manatadək artırıb. Üstəlik krediti əldə etmək üçün rəsmi iş yeri tələb olunmur.
Belə ki, aylıq 1,5%-dən başlayan faiz dərəcəsi ilə 50 000 manatadək təklif olunan qızıl təminatlı krediti 36 ayadək müddətə əldə etmək mümkündür.
Həmçinin müştərinin maliyyə yükünü ilkin mərhələdə azaltmaq məqsədi ilə 6 aylıq güzəşt müddəti tətbiq olunur. Belə ki, bu müddət ərzində yalnız kredit faizlərini ödəməklə əsas borcun ödənişi növbəti aylara keçirilir. Kreditin əsas məbləği üzrə ödənişi təxirə salınmaqla müştərinin maliyyə imkanlarını daha çevik planlamasına şərait yaradılır.
Expressbankın “Qızıl təminatlı kredit” məhsulunu bankın saytına keçid edərək sifariş edə bilərsiniz.

Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.