MÜSAHİBƏ

30 İyun

OPEK+ ölkələri neft hasilatı kvotalarını artırmağı müzakirə edir

Finss.az - OPEK+-ə üzv könüllü səkkiz ölkə — Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman — 6 iyulda gündəlik neft hasilatı kvotalarını 411 min barrel artırmaq imkanını nəzərdən keçirəcək.

Bu barədə xarici KİV-lər nümayəndələrə istinadən məlumat yayıblar.

Rusiya Federasiyasının vitse-premyeri Aleksandr Novak bildirib ki, yekun qərar məsləhətləşmələr zamanı bazar vəziyyətinə uyğun olaraq qəbul ediləcək. “Ənənəvi olaraq, qərar görüş zamanı veriləcək”, — deyə o əlavə edib.

Qeyd edək ki, OPEK+ ölkələri əvvəlcə gündəlik hasilatı 2,2 milyon barrel azaldaraq bazarı tənzimləmiş, lakin aprel ayından başlayaraq may, iyun və iyul aylarında hasilatı sürətləndirməyə qərar vermişlər. Artırılma planı əvvəlcə gündəlik 130-140 min barrel səviyyəsində nəzərdə tutulsa da, sonradan 411 min barrel artırılması barədə qərar verilib.

Xarici mənbələr bildirirlər ki, Səudiyyə Ərəbistanı avqust ayında da hasilat artırma tempini qorumağı planlaşdırır.