MÜSAHİBƏ

26 İyun

TENDER: Katriclərin doldurulması və təmiri xidməti

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası katriclərin doldurulması və təmiri xidməti üzrə açıq müsabiqə elan edib. Müsabiqənin ümumi dəyəri 3 502,24 AZN-dir.

Finss.az xəbər verir ki, müsabiqə 25 iyun 2025-ci il tarixində elan olunub və təkliflərin qəbuluna 14 iyul 2025-ci il saat 12:00-dək davam edəcək. Həmin gün saat 12:00-da zərflərin açılışı baş tutacaq.

Müsabiqədə iştirak üçün 10 AZN iştirak haqqı və 25 AZN istifadə haqqı ödənilməlidir. İştirak haqqı geri qaytarılmır, yalnız təchizatçıların sayı üçdən az olduqda müsabiqə baş tutmaz.

Müsabiqə Azərbaycan Respublikasının elektron satınalma portalı üzərindən həyata keçirilir və iştirakçılara bərabər, şəffaf rəqabət imkanları təqdim edir.

Satınalan təşkilat Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası, ünvanı: Gəncə şəhəri, M.Ş.Vazeh prospekti 84.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az