MÜSAHİBƏ

26 İyun

“Unicapital”in dövlət istiqrazları üzrə dövriyyəsi 66,2 milyon manat olub

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin 2025-ci ilin yanvar-may aylarında dövlət istiqrazları üzrə əməliyyat dövriyyəsi 66,2 milyon manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikalarında yer alıb.

Şirkətin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 165,5 milyon manat azalıb. Bu isə 3,5 dəfəlik geriləmə deməkdir.

Fuad Mədətov
Finss.az