MÜSAHİBƏ

25 İyun

İran parlamenti BAEA ilə əməkdaşlığın müvəqqəti dayandırılması qanununu qəbul etdi

Finss.az - İran parlamenti çərşənbə günü BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (BAEA) ilə əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu barədə Press TV telekanalı məlumat yayıb.

Qanun layihəsinə 222 deputat “lehinə” səs verib, yalnız biri bitərəf qalıb, heç kim “əleyhinə” səs verməyib. İndi sənəd İran Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini gözləyir.

Qanun layihəsində xüsusi olaraq vurğulanır ki, BAEA-nin nüvə sahəsində milli təhlükəsizliyin təmin olunmasına qədər İran ərazisinə müfəttiş göndərməsi qadağan ediləcək. Bu addım, ölkənin nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqlar fonunda atılıb.

İran tərəfi bu qərarı milli təhlükəsizliyinin qorunması və suverenliyinin təminatı məqsədilə əsaslandırır. Analitiklər isə bu gedişi İranın nüvə fəaliyyətlərinə dair beynəlxalq nəzarəti azaltmaq istəyi kimi dəyərləndirirlər.