MÜSAHİBƏ

24 İyun

Expressbank Samuxda sahibkarlarla görüşüb

Finss.az - Expressbank kənd təsərrüfatına və aqrar biznesin inkişafına dəstək məqsədilə təşkil olunan növbəti Aqrar Biznes Festivalında iştirak edib.

Belə ki, Expressbank Samux rayonunda keçirilən Aqrar Biznes Festivalında, eləcə də, yerli məhsulların tanıdılmasına həsr olunan II Ərik Festivalında iştirak edib.

Festival çərçivəsində bank nümayəndələri ziyarətçilərlə birbaşa ünsiyyət quraraq fermer və sahibkarlar üçün nəzərdə tutulmuş güzəştli kredit məhsulları, sürətli maliyyələşmə imkanları və rəqəmsal bankçılıq xidmətləri barədə ətraflı məlumat veriblər. Bankın stendi yerli istehsalçılar və sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.

Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda keçirilən növbəti panel müzakirəsi zamanı Expressbankın Gəncə filialının müdiri Orxan Pənahov çıxış edib. O, çıxışında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarından bəhs edərək, Expressbank tərəfindən dövlətin dəstəklədiyi maliyyə proqramları çərçivəsində fermer və aqrar biznes nümayəndələrinə təklif olunan uyğun faizli kredit məhsulları, vergi və subsidiya mexanizmləri haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, tədbirdə iştirak Expressbankın kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müştərilərə daha yaxın olmaq və bu sahənin maliyyə əlçatanlığını artırmaq istiqamətində atdığı addımların davamı olaraq qiymətləndirilir.

Expressbankın fermer və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar üçün təqdim etdiyi Aqro Kredit məhsulu haqqında daha ətraflı məlumatı Bankın saytından əldə edə bilərsiniz.