MÜSAHİBƏ

24 İyun

Sığorta şirkətləri: İlk 5 ayın göstəriciləri

Finss.az - 2025-ci ilin ilk beş ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin xətti ilə ümumilikdə 719,353 milyon manat sığorta haqqı toplanıb.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,75 % artım deməkdir.

Eyni dövrdə sığorta şirkətlərinin müştərilərə ödədiyi sığorta ödənişlərinin həcmi 314,788 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 14,5 % artıb.

2025-ci ilin yanvar-may aylarında sığorta bazarında toplanan hər 100 manat sığorta haqqından 43,8 manat ödəniş kimi geri qaytarılıb. Ötən ilin eyni dövründə isə bu göstərici 42,7 manat idi.