2025-ci ilin birinci rübündə Finlandiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların həcmi 19 milyon 348 min ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,9 dəfə və ya 18 milyon 721 min dollar artım deməkdir.
Hesabat dövründə Azərbaycandan Finlandiya iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi isə 6,4 dəfə artaraq 5 milyon 565 min ABŞ dolları olub.
Ümumilikdə, 2025-ci ilin I rübündə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 315 milyon 116 min, Azərbaycana cəlb edilən birbaşa xarici investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, Finlandiyadan Azərbaycana yatırılan investisiyalar ümumi cəlb edilmiş investisiyaların 1,3%-ni, Azərbaycandan Finlandiyaya yönəldilən investisiyalar isə birbaşa xarici investisiyaların 1,8%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az