MÜSAHİBƏ

24 İyun

İsveç Azərbaycana investisiya qoyuluşunu 74 dəfə artırıb

2025-ci ilin I rübündə İsveçin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 18 milyon 682 min ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 431 min dollar və ya 74 dəfə artım deməkdir.

Hesabat dövründə Azərbaycana cəlb edilən birbaşa xarici investisiyaların ümumi həcmi 1 milyard 519 milyon ABŞ dolları olub. Bu fonda İsveçin payı ümumi cəlb olunan birbaşa investisiyaların 1,2%-nə bərabərdir.

Bundan əlavə, 2025-ci ilin ilk üç ayında Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyalar 315 milyon 116 min dollar təşkil edib.

Fuad Mədətov
Finss.az