MÜSAHİBƏ

24 İyun

İnvestisiya şirkətlərinin dövriyyəsi - RENKİNQ

2025-ci ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.

Finss.az-ın BFB-yə istinadən xəbər verir ki, hesabat dövründə ən yüksək dövriyyəyə malik şirkət yenə də “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.

“PAŞA Kapital” ümumilikdə 22,9 milyard manatlıq dövriyyə və 3 393 əməliyyatla siyahının ilk pilləsində qərarlaşıb. İkinci yerdə isə 16,8 milyard manatlıq dövriyyə ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC yer alıb. Üçüncü sıranı 2,7 milyard manatlıq ticarət dövriyyəsi ilə “Assist Finance” ASC tutur.

2025-ci ilin yanvar-may aylarında Bakı Fond Birjasında birja üzvlərinin dövriyyə renkinqi

Sıra Şirkət Dövriyyə (manat) Əməliyyatların sayı
1 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 22,937,997,538 3 393
2 "ABB İnvest İnvestisiya Şirkəti" QSC 16,813,625,046 11 599
3 “Assist Finance İnvestisiya Şirkəti” ASC 2,749,118,728 1 125
4 “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 1,557,075,257 980
5 "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 1,404,853,992 106
6 “Unicapital İnvestisiya Şirkəti” ASC 1,090,637,723 3 729
7 "İnvest-Az İnvestisiya Şirkəti" QSC 944,285,495 531
8 "Capital Partners İnvestisiya Şirkəti" QSC 556,123,354 565
9 "Troni İnvestisiya Şirkəti" QSC 237,740,329 2 836
10 “CFI Financial İnvestisiya Şirkəti” QSC 180,938,251 68
11 “PSG Kapital İnvestisiya Şirkəti” ASC 119,305,334 716
12 “MFX Trading İnvestisiya Şirkəti” ASC 70,876,375 27

Renkinqə əsasən, ən az dövriyyə göstərən iki şirkət “PSG Kapital” (119,3 milyon manat) və “MFX Trading” (70,8 milyon manat) olub.

Qeyd edək ki, Bakı Fond Birjasının daxili qaydalarına görə, renkinq hər ay yenilənir və repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızların dövriyyəsi əsasında manatla hesablanır.

Fuad Mədətov
Finss.az