MÜSAHİBƏ

23 İyun

BƏƏ-nin CFI investisiya şirkətinin Azərbaycandakı törəməsi Müşahidə Şurasına yeni üzvlər seçilib

Finss.az — BƏƏ-nin “CFI Financial Group” investisiya şirkətinin Azərbaycandakı törəməsi “CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin (əvvəlki “AzFinance İ.Ş.”) Müşahidə Şurasına iki yeni üzv seçilib.

Banker.az-ın məlumatına görə, səhmdarların Ümumi Yığıncağında Mazin Abbas və Karim Malas Müşahidə Şurasının üzvləri kimi təsdiqləniblər. Müşahidə Şurasının sədri vəzifəsini isə İlqar Rüstəmbəyli Tofiq oğlu davam etdirir.

Qeyd edək ki, “AzFinance Investment Şirkəti” ötən ilin avqust ayında “CFI Financial Group” tərəfindən satın alınaraq rebrendinq prosesinə başlayıb və hazırda “CFİ Financial İnvestisiya Şirkəti” adı ilə fəaliyyət göstərir.