MÜSAHİBƏ

21 phrase_var_core.june

SOCAR innovasiyanı yalnız startaplarda deyil, bütün strukturda prioritetə çevirib

İnnovasiya, SOCAR üçün yalnız startaplar çərçivəsində deyil, həm də korporativ strukturun bütün səviyyələrində yeni texnoloji həllərin tətbiqi baxımından əsas prioritet istiqamətdir.

Finss.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin strateji inkişaf üzrə müşaviri Teymur Əliyev “Baku ID 2025” tədbiri çərçivəsində keçirilən panel müzakirələrində bildirib.

T. Əliyev qeyd edib ki, SOCAR texnoloji transformasiyalarla ayaqlaşmaq üçün qabaqcıl alətlərin aktiv axtarışı və tətbiqini həyata keçirir:
“Ən müasir və səmərəli həllərdən istifadə etməyə çalışırıq. Bu yanaşma qaz kəşfiyyatı və hasilatından tutmuş, emal, ofşor layihələr, elektrik stansiyalarının tikintisi və istismarına qədər bütün sahələrə şamil olunur.”

Onun sözlərinə görə, SOCAR-ın geniş və çoxşaxəli fəaliyyət istiqamətləri innovasiyaların hər bir mərhələdə əsas rol oynamasını zəruri edir.

Vitse-prezidentin müşaviri əlavə edib ki, yalnız davamlı yenilik və texnoloji çeviklik SOCAR-ın qlobal enerji bazarında dayanıqlı inkişafını və rəqabətədavamlılığını təmin edə bilər.