MÜSAHİBƏ

21 phrase_var_core.june

Azərbaycanla Gürcüstan arasında sərmayə dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

2025-ci ilin birinci rübündə Gürcüstandan Azərbaycan iqtisadiyyatına 10,167 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya cəlb olunub.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 984 min ABŞ dolları və ya 10,7 % artımı əks etdirir. Beləliklə, Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların ümumi xarici sərmayələrdəki payı 0,7 % təşkil edib.

Əvəzində, Azərbaycan bu ilin ilk rübündə Gürcüstan iqtisadiyyatına 30,424 milyon ABŞ dolları həcmində investisiya yatırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,356 milyon dollar və ya təxminən 5 dəfə çoxdur. Beləliklə, Gürcüstan Azərbaycanın ən çox investisiya yönəltdiyi ölkələr arasında ikinci yerdə qərarlaşıb. Sözügedən dövrdə bu ölkəyə yatırılan vəsaitlər Azərbaycanın ümumi xarici sərmayələrinin 9,7 %-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində Gürcüstandan Azərbaycana 9,183 milyon dollar, Azərbaycandan isə Gürcüstana 6,068 milyon dollar həcmində investisiya yatırılmışdı.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların ümumi həcmi 1,519 milyard ABŞ dollarından çox olub ki, bu da illik müqayisədə 0,7 % artım deməkdir. Eyni zamanda, ölkədən xaricə yönəlmiş birbaşa investisiyaların həcmi 315,116 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % azalma göstərir.

Fuad Mədətov
Finss.az