MÜSAHİBƏ

21 phrase_var_core.june

Türkiyə Azərbaycana yatırdığı birbaşa investisiyanı 15 % artırıb

Bu ilin birinci rübündə Türkiyə Azərbaycan iqtisadiyyatına 300,855 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırıb.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39,447 milyon dollar və ya 15,1 % çoxdur. Nəticədə Türkiyə, Azərbaycanın xarici investisiya mənbələri arasında 19,8 %-lik payla ikinci sırada qərarlaşıb.

Eyni dövrdə Azərbaycan isə Türkiyə iqtisadiyyatına 92,582 milyon dollar sərmayə qoyub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə – 52,552 milyon dollar çoxdur. Beləliklə, Türkiyə Azərbaycanın birbaşa xarici investisiyalar yönəltdiyi ölkələr arasında ilk sırada yer alıb. Bu investisiyaların ümumi xarici sərmayələrdə xüsusi çəkisi 29,4 %-ə çatıb.

Məlumat üçün qeyd edək ki, 2024-cü ildə Türkiyədən Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 261,408 milyon dollar, Azərbaycandan Türkiyəyə yönəlmiş sərmayə isə 40,030 milyon dollar təşkil edib.

Ümumilikdə isə 2025-ci ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına 1,519 milyard ABŞ dollarından çox birbaşa xarici investisiya cəlb olunub ki, bu da illik müqayisədə 0,7 % artım deməkdir. Əvəzində, Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilmiş birbaşa sərmayələrin həcmi 315,116 milyon dollar olub. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 4,6 % azalıb.

Fuad Mədətov
Finss.az