MÜSAHİBƏ

21 phrase_var_core.june

Kart sahiblərinə 5 000 manatadək kredit limiti təqdim olunur

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) müştərilərə sahib olduqları VISA və ya MasterCard kartları üzrə 5 000 manatadək kredit limiti təklif edir.

Finss.az xəbər verir ki, kredit limiti 12 ayadək müddətə verilir və fərdi qaydada zaminlik tələb oluna bilər.

Faiz dərəcəsi seçilmiş karta və güzəşt müddətinə görə dəyişir. Güzəşt müddəti olmadan kreditlər milli valyutada illik 24%, xarici valyutada isə 18% faizlə rəsmiləşdirilir. Güzəşt müddəti təqdim olunan kartlarda isə faizlər müvafiq olaraq milli valyutada 28%, xarici valyutada isə 22% təşkil edir. Bu zaman 30 günədək faizsiz dövr tətbiq olunur.

Premium kart sahibləri – VISA Infinite PayWave, MasterCard World Elite PayPass və American Express istifadəçiləri – 45 günədək güzəşt müddəti əldə edə bilərlər.

ABB-nin təqdim etdiyi kart üzrə kredit limiti müştərilərə gündəlik xərclərini rahat şəkildə qarşılamaq və maliyyə çevikliyini artırmaq imkanı yaradır.

Ətraflı məlumat üçün: //abb-bank.az/az/ferdi/kreditler/kart-uzre-kredit-limiti

Fuad Mədətov
Finss.az