MÜSAHİBƏ

20 İyun

50 000 manata qədər arayışsız və zaminsiz nağd kredit təklifi təqdim olunur

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) vətəndaşlara 50 000 manata qədər onlayn nağd kredit təklif edir.

Finss.az xəbər verir ki, 60 ayadək müddətə təqdim olunan kreditin illik faiz dərəcəsi 10.9%-dən başlayır. Kredit zaminsiz və arayışsız olaraq verilir və komissiya tutulmur.

Onlayn sifariş üçün sadəcə şəxsiyyət vəsiqəsinin FİN kodunu və mobil nömrəni daxil etmək kifayətdir. Əgər müştərinin ABB-də aktiv kartı varsa, kredit vəsaiti birbaşa həmin karta köçürülür. Kreditə 7/24 müraciət etmək mümkündür və filiala yaxınlaşmağa ehtiyac yoxdur. Bu xidmət vaxta qənaət etməklə yanaşı, rahat və sürətli həll təqdim edir.

Ətraflı məlumat üçün: //abb-bank.az/az/ferdi/tecili-kredit-sifarisi

Fuad Mədətov
Finss.az