MÜSAHİBƏ

19 İyun

AMB Azərbaycanda və xaricdə vəsait yatırımlarının həcmini açıqlayıb

2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına 315 milyon dollar həcmində vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 milyon dollar və ya təxminən 4,5% azalma deməkdir.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə səsləndirib.

Onun sözlərinə görə, 2024-cü ilin ilk rübündə xaricə yatırılan vəsaitin həcmi 330 milyon dollar təşkil edib.

Eyni zamanda, ölkəyə daxil olan pul baratlarının həcmi də azalıb. Belə ki, ötən ilin birinci rübündə Azərbaycana 294 milyon dollar həcmində pul baratı daxil olub. Bu ilin eyni dövründə bu göstərici 229,5 milyon dollar olub. Bu da 28% azalma deməkdir.

Fuad Mədətov
Finss.az