MÜSAHİBƏ

21 phrase_var_core.june

Sahibkarlara 100 min manatdan başlayan ipoteka krediti təqdim olunur

Kapital Bank sahibkarlıq fəaliyyəti üçün daşınmaz əmlak almaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün biznes ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, kredit həm yaşayış, həm də qeyri-yaşayış təyinatlı obyektlərin alınmasına yönəlib və sahibkarların icarə xərclərindən tam azad olmasına imkan yaradır.

Kreditin əsas üstünlükləri arasında aşağı illik faiz dərəcəsi (10%-dən başlayaraq), əlavə biznes obyektinin alınması imkanı, 10 ilədək uzunmüddətli maliyyələşdirmə və sabit aylıq annuitet ödənişləri yer alır. Maliyyələşdirmə yalnız Azərbaycan manatı ilə həyata keçirilir.

Kreditin məbləği:

  • Minimum: 100 000 AZN
  • Maksimum: 1 000 000 AZN
  • Müddət: 120 ayadək (10 il)
  • Komissiya haqqı: 0.3%
  • Əmlak sığortası: İllik əsasda tələb olunur

Kapital Bank-ın bu məhsulu biznes subyektlərinə öz obyektlərinə sahib olmaqla fəaliyyətlərini daha dayanıqlı və sərfəli şəkildə inkişaf etdirmək imkanı yaradır.

Ətraflı məlumat üçün: //birbank.business/kreditler/biznes-kreditleri/biznes-ipoteka-krediti?id=1

Fuad Mədətov
Finss.az