MÜSAHİBƏ

19 İyun

Sahibkarlara 50 000 AZN-dən başlayan biznes kreditləri təqdim olunur

"Kapital Bank" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün biznes kreditlərini təklif edir.

Finss.az xəbər verir ki, kredit məhsulu biznesin cari ehtiyaclarının qarşılanması və inkişaf etdirilməsi məqsədilə təqdim olunur.

Bank bu məhsul çərçivəsində müştərilərinə bir sıra üstünlüklər və çevik şərtlər təqdim edir. Kreditin faiz dərəcəsi və komissiya haqqı fərdi yanaşma əsasında müəyyən olunur. Eyni zamanda, kreditin təminatı ilə bağlı da fərdi yanaşma tətbiq edilir və maksimal kredit məbləği üzrə hər hansı bir limit tələbi qoyulmur.

Kreditin verilməsi üçün 3 iş günü kifayət edir. Məbləğ 50 000 AZN-dən başlayır və maksimum müddət 60 ayadək müəyyən olunur. Faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 8%-dən başlayır. Təminat kimi daşınmaz əmlak və ya zaminlik qəbul olunur.

Kapital Bank bu məhsulla biznes subyektlərinə maliyyə dayanıqlığını artırmaq və fəaliyyətlərini genişləndirmək üçün əlverişli imkanlar yaradır.

Ətraflı məlumat üçün: //birbank.business/kreditler/biznes-kreditleri/kredit?id=3

Fuad Mədətov
Finss.az