Kapital Bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) vasitəsilə verilən ipoteka krediti çərçivəsində müştərilərə uzunmüddətli və sərfəli şərtlərlə mənzil əldə etmək imkanı yaradır.
Finss.az xəbər verir ki, ARİKZF vəsaiti hesabına təqdim olunan bu ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN təşkil edir. Kreditin illik faiz dərəcəsi 8%-dən başlayır, lakin zəmanət verilmiş kreditlər üzrə bu faiz dərəcəsi 7%-ə qədər endirilir.
Kreditin müddəti 25 ilədək müəyyən edilir və ilkin ödəniş 15%-dən başlayır.
Kredit məhsulu mənzil sahibi olmaq istəyən şəxslər üçün münasib və dövlət dəstəyi ilə təmin edilmiş bir imkan kimi təqdim olunur. Bu məhsula onlayn ipoteka portalı vasitəsilə müraciət etmək mümkündür.
Ətraflı məlumat üçün: //ipoteka.birbank.az/az/mortgage/government/item/6
Fuad Mədətov
Finss.az