Kapital Bank ölkənin istənilən ərazisində çıxarışlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisini maliyyələşdirmək istəyən şəxslərə xüsusi ipoteka krediti təklif edir.
Finss.az xəbər verir ki, bankın daxili vəsaiti hesabına təqdim olunan bu kredit məhsulu minimum 20 000 AZN, maksimum isə 250 000 AZN məbləğində verilir.
Ev tikinti ipotekası üzrə illik faiz dərəcəsi kreditin müddətindən asılı olaraq aşağıdakı kimidir:
- 5 ilədək: 17,5%
- 10 ilədək: 18%
- 20 ilədək: 18,5%
İlkin ödəniş hal-hazırda mülkiyyətində ev və ya mənzil olmayan şəxslər üçün 15%-dən, mülkiyyətində belə əmlak olan şəxslər üçün isə 30%-dən başlayır.
Kreditin rəsmiləşdirilməsi zamanı komissiya haqqı 1% təşkil edir. Həmçinin, daxili qiymətləndirmə üçün 0,1% komissiya haqqı nəzərdə tutulur (minimum 50 AZN, maksimum 100 AZN).
Ödənişlər aylıq annuitet üsulla həyata keçirilir, yəni borcalan hər ay eyni məbləğdə ödəniş edir.
Bu ipoteka növü fərdi yaşayış evi tikmək istəyənlər üçün rahat və çevik maliyyə imkanı yaradır.
Ətraflı məlumat üçün: //ipoteka.birbank.az/az/mortgage/internal/item/25
Fuad Mədətov
Finss.az