MÜSAHİBƏ

16 İyun

TENDER: Müxtəlif xidmətlər,ehtimal olunan dəyər 73 min. manat

Finss.az - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi hərbi mədəni-maarif, təbliğat və tərtibat vasitələrinin satın alınması üzrə tender müsabiqəsi keçirir.

Tender çərçivəsində lövhələr, saxlanma və daşıma avadanlıqları, çap nəşrləri, mebel, müəllim resurs materialları, incəsənət məhsulları, rəssamlıq üçün ləvazimatlar və kartoqrafiya məhsulları alınacaq.

Layihənin ehtimal olunan dəyəri 73 011,32 manatdır. İştirak haqqı 146.02 manat, istifadə haqqı isə 25 manatdır. Təkliflərin qəbulu və zərflərin açılışı 9 iyul 2025-ci il, saat 15:00-da keçiriləcək.

Ətraflı məlumat üçün etender.gov.az saytına müraciət etmək olar.