AccessBank müştərilərinə myCard kredit kartı ilə 10.000 AZN-dək kredit limiti təklif edir.
Finss.az xəbər verir ki, kart 36 ay müddətinə verilir və illik faiz dərəcəsi 24-26% təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) isə minimum 24%, maksimum 26% aralığındadır.
Kart sahibləri 50 günədək güzəşt müddəti əldə edərək alış-verişlərini faizsiz şəkildə həyata keçirə bilirlər. Komissiya isə tətbiq olunmur.
myCard istifadəçiləri AccessQazanc loqolu partnyor ticarət obyektlərində ödəniş etdikdə xərclədikləri məbləğin bir hissəsini geri qazanmaq imkanı əldə edirlər. Eyni zamanda, myAccess platforması vasitəsilə kart hesablarını izləmək və ödənişləri onlayn şəkildə həyata keçirmək mümkündür.
Kart almaq üçün tələb olunan şərtlər sadədir: ən azı 25 yaş, şəxsiyyət vəsiqəsi və rəsmi əmək haqqı. Bank müştərinin məlumatlarına əsasən əlavə sənəd tələb edə bilər. Arayışlar Asan Finans elektron portalı vasitəsilə AccessBank filiallarında da çap oluna bilər.
Nağdlaşdırma zamanı tətbiq olunan komissiyalar:
- AccessBank ATM-lərində: min 2 AZN/USD/EUR, maks. 2%
- Digər rezident bankların ATM və filiallarında: min 2 AZN/USD/EUR, maks. 2%
- Qeyri-rezident bankların ATM və filiallarında: min 3 AZN/USD/EUR, maks. 3%
myCard – həm alış-verişdə sərfəli, həm də nağd ehtiyaclar üçün əlverişli kredit kartıdır!
Ətraflı məlumat üçün: //www.accessbank.az/az/private/kredit/
Fuad Mədətov
Finss.az