Yelo Bank ASC daşınmaz əmlak girovu ilə pul kreditlərini sərfəli şərtlərlə təklif edir.
Finss.az xəbər verir ki, kredit məbləği 5 000-dən 100 000 AZN-ə qədər, müddəti isə 12-54 ay aralığında dəyişir. İllik faiz dərəcəsi minimum 14% təşkil edir, komissiya isə 0%-dir.
Kredit götürmək üçün girov qismində ölkə ərazisində dövlət qeydiyyatında olan mənzil, fərdi yaşayış evi, bağ evi və ya ticarət obyekti təqdim edilə bilər. Girov əmlak borcalanın özü və ya 1-ci dərəcəli qohumlarının adına olmalıdır. Minimal əməkhaqqı 500 AZN tələb olunur.
Lazımi sənədlərə şəxsiyyət vəsiqəsi, girov əmlakının mülkiyyət hüququnu təsdiq edən sənəd, çıxarışlar, nikah şəhadətnaməsi, notarial razılıqlar və ipoteka müqaviləsi daxildir. Faktiki illik faiz dərəcəsi 14%-dən 18%-ə qədər dəyişir.
Ətraflı məlumat üçün: //www.yelo.az/az/individuals/loans/dasinmaz-emlak-krediti/
Fuad Mədətov
Finss.az