MÜSAHİBƏ

11 İyun

Avtomobil kreditləri 22-65 yaş arası şəxslərə verilir

"Rabitəbank" ASC, istehsal tarixindən bir ildən çox keçmiş avtomobillərin alınması üçün sərfəli şərtlərlə avtomobil kreditləri təqdim edir.

Finss.az xəbər verir ki, kredit 22-65 yaş aralığında olan şəxslərə verilə bilər və kreditin son ödəniş tarixi 65 yaşdan yuxarı olmamalıdır.

Avtomobil kreditləri yalnız oturacaq sayı 7 nəfərədək olan minik avtomobillərinə şamil edilir. Kreditin rəsmiləşdirilməsi zamanı avtomobilin istehsal tarixi 5 ildən çox olmamalıdır. Həmçinin, avtomobil "KASKO" sığortası ilə kredit məbləği və müddətinə uyğun sığortalanmalı və Dövlət Yol Polisində girov kimi qeydiyyata alınmalıdır.

Kredit müddəti 36 aya qədər müəyyən olunub. Faiz dərəcələri 3-12 ay arası 16%, 13-24 ay arası 18%, 25-36 ay üçün isə 19% təşkil edir. Kredit üzrə 1% komissiya tutulur, ödəniş isə annuitet üsulu ilə həyata keçirilir. Kredit şərtlərinə əsasən, müxtəlif növ mühərrikli avtomobillər üçün ilkin ödəniş və KTN əmsalları dəyişir.

Ətraflı məlumat üçün: //www.rabitabank.com/ferdi/kredit-sifarisi-kreditler/avtomobil-krediti

Fuad Mədətov
Finss.az