MÜSAHİBƏ

12 İyun

TENDER:Yeni oyun meydançası üçün avadanlıqlar

Finss.az - Şahbuz Rayon İcra Hakimiyyəti uşaq əyləncə atraksiyonlarının satın alınması üzrə açıq müsabiqə elan edib.

Müsabiqə, şəhərdə uşaqlar üçün daha müasir və təhlükəsiz oyun meydançası avadanlıqlarının quraşdırılması məqsədi daşıyır.

Satınalan təşkilat: Şahbuz Rayon İcra Hakimiyyəti
VÖEN: 0800008451
Ünvan: Şahbuz şəhəri, Heydər Əliyev küçəsi, 10

Müsabiqənin nömrəsi 112874 olaraq müəyyən olunub və təsnifat kodları aşağıdakılardır:

  • 23161600 — Döküm ləvazimatları

  • 49241500 — Oyun meydançası avadanlığı

Müsabiqənin ehtimal olunan ümumi dəyəri 85,750 AZN təşkil edir. Satınalma prosesi 11 iyun 2025-ci il tarixində saat 12:45-də elan olunub. Təkliflərin qəbulunun son tarixi isə 4 iyul 2025-ci il, saat 19:00-dur. Eyni zamanda, zərflərin açılışı da həmin tarixdə və saatda həyata keçiriləcək.

Müsabiqəyə qatılmaq üçün iştirak haqqı 171.5 AZN, istifadə haqqı isə 25 AZN müəyyən edilib.