“PAŞA Bank” ASC 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Finss.az bankın illik hesabatına əsasən xəbər verir ki, bank ötən ili 214,5 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki 2023-cü ildə bu göstərici 271,6 milyon manat təşkil etmişdi. Bu da o deməkdir ki, “PAŞA Bank”ın xalis mənfəəti bir il ərzində 21% və ya 57 milyon manat azalıb.
Bankın cəmi aktivlərində də azalma müşahidə olunub. 2024-cü ilin sonuna bankın aktivləri 8 milyard 247 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ilin sonu ilə müqayisədə 4,3% və ya 374,6 milyon manat azdır.
Buna baxmayaraq, kredit portfelində əhəmiyyətli artım qeydə alınıb. Bankın müştərilərə verdiyi kreditlərin həcmi 2024-cü ilin sonuna 3,361 milyard manata çatıb. Bu da illik müqayisədə 18,2% və ya 518,4 milyon manatlıq artım deməkdir.
Beləliklə, “PAŞA Bank” bir tərəfdən xalis mənfəətdə azalma yaşasa da, digər tərəfdən kredit portfelini genişləndirərək iqtisadi aktivliyini davam etdirib.
Fuad Mədətov
Finss.az