MÜSAHİBƏ

10 İyun

Azərbaycan Mərkəzi Bankı sabah uçot dərəcəsi ilə bağlı qərar verəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 11-də uçot dərəcəsi və faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

Bu barədə Finss.az AMB-yə istinadən məlumat verir.

Qurumdan bildirilib ki, faiz dəhlizinin parametrləri üzrə qərarlar faktiki və gözlənilən inflyasiya göstəriciləri, həmçinin xarici və daxili risk amillərinin dinamikası nəzərə alınmaqla qəbul edilir.

Qeyd edək ki, AMB son bir il ərzində uçot dərəcəsini dəyişməz saxlayıb. Hazırda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% səviyyəsindədir.

Fuad Mədətov
Finss.az