MÜSAHİBƏ

10 İyun

Çindən nadir torpaq metalları ixracı məhdudiyyətlərə baxmayaraq artıb

Finss.az - May ayında Çin nadir torpaq metalları ixracını 23% artıraraq 5864,6 tona çatdırıb.

Bu, 2025-ci ildə qeydə alınan ən yüksək aylıq göstəricidir. Artım, Pekinin aprel ayında bəzi metallara tətbiq etdiyi ixrac məhdudiyyətlərinə baxmayaraq baş verib.

Ekspertlər bildirirlər ki, tətbiq edilən məhdudiyyətlər bütün nadir torpaq məhsullarını əhatə etmir. Ətraflı təhlil isə yalnız 20 iyunda açıqlanacaq hesabatdan sonra mümkün olacaq.

Apreldə maqnit ixracı iki dəfə azalmış, bu da Avropada bir neçə avtomobil zavodunun fəaliyyətini dayandırmasına səbəb olmuşdu. Həmçinin, bəzi yarımkeçirici istehsalçıları xammal çatışmazlığından əziyyət çəkir.

Yanvar-may dövründə isə ümumi ixrac 24 827 tona yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cüzi artımdır.