Finss.az - Cənub Qaz Dəhlizi ilə Xəzər dənizində hasil edilən qazı Avropa bazarlarına çatdırırıq.
Həqiqətən, son 5 ildə Avropanın enerji təchizatnın təhlüksəziliyinə böyük töhfə vermişik. Bu sözləri TAP-ın icraçı direktoru Luka Şippati Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Avropaya 47 milyard kubmetrdən çox qaz ixrac olunub ki, bunun da 39 milyard kubmetri İtaliyaya nəql edilib.
“Nominal ötürücülük qabiliyyətini keçmişik. Biz etibarlı, davamlı mənbəyə - Azərbaycana arxalanmışıq. Azərbaycan Avropaya sübut edib ki, o davamlı və etibarlı təchizatçıdır. Biz istənilən riskləri real vaxt ərzində süni intellekt və dron kimi texnologiyalarla idarə edə bilirik. Bütün bu texnologiyalar gündəlik boru kəmərinin etibarlılığını təmin edir”, - deyə o nəzərə çatdırıb.