Yapı Kredi Bank Azərbaycan əmək haqqını bankdan alan fiziki şəxslər üçün endirimli istehlak krediti təqdim edir.
Finss.az xəbər verir ki, kreditə müraciət etmək üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. Kreditin illik faiz dərəcəsi 3-12 ay üçün 10.5%, 13-24 ay üçün 12.5%, 25-36 ay üçün 14%, 37-59 ay üçün isə 15% təşkil edir. Kredit məbləği 300 AZN-dən başlayaraq 50 000 AZN-ə qədərdir. Girov və zamin tələb olunmur, lakin bəzi istisna hallarda bank girov tələb edə bilər.
Bank kredit şərtlərini və müddətini müraciətin xüsusiyyətlərinə görə dəyişmək hüququna malikdir.
Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/emek-haqqi-krediti
Fuad Mədətov
Finss.az