Finss.az - İyunun 3-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 19 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 134 sifariş qəbul edilib.
Rəqabətli keçən hərracda start qiyməti 18.000 manat olan “Land Rover Defender” markalı avtomobil 35.000 manata, 7.800 manat olan “Toyota Avalon” markalı avtomobil isə 11.206 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //shorturl.at/93My7 linki vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərraclar iyunun 10-u, 11-i, 18-i və 24-də keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb.
Hərraca çıxarılan əmlakların siyahısı ilə //shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.
Zemfira Ms
Finss.az