Finss.az - 4 və 5 iyun 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) |
İSİN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nominal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2454024707 |
04.06.2025 |
20.000.000 |
100.000 |
200 |
02.07.2025 |
84 |
AZ2455024706 |
05.06.2025 |
20.000.000 |
100.000 |
200 |
28.08.2025 |
168 |
AZ2456024705 |
04.06.2025 |
15.000.000 |
100.000 |
150 |
19.11.2025 |
252 |
AZ2457024704 |
05.06.2025 |
15.000.000 |
100.000 |
150 |
12.02.2026 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.