Yapı Kredi Bank Azərbaycan təkrar müştərilər üçün endirimli istehlak krediti təklif edir.
Finss.az xəbər verir ki, krediti almaq üçün son 5 ildə bankdan kredit götürmüş, hal-hazırda krediti olan və ya bankın Worldcard-ı və müddətli depoziti olan şəxslər müraciət edə bilər.
Kreditin illik faiz dərəcəsi 3-12 ay müddətində 10.5%, 12-24 ayda 12.5%, 24-59 ayda isə 15% təşkil edir. Kredit məbləği 300 AZN-dən 50 min AZN-ə qədərdir. Girov və zamin tələb olunmur, lakin istisna hallarda bank əlavə sənədlər tələb edə bilər.
Müraciət üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim edilməlidir. Bank kredit şərtlərini və müddətini müştərinin statusuna uyğun olaraq dəyişə bilər.
Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/tekrar-musteriler-ucun
Fuad Mədətov
Finss.az