Bank “BTB” ASC fiziki şəxslər üçün yeni və istifadə olunmuş avtomobillərin alışı məqsədilə illik 16%-dən başlayan avtomobil kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, kreditlər maksimum 200 000 AZN və ya ABŞ dolları ekvivalentində təklif olunur və 3 aydan 48 ayadək müddəti əhatə edir.
Kreditə müraciət etmək üçün 20-60 yaş aralığında olan, azı 6 ay iş stajına malik şəxslər uyğun hesab olunur. Ödənişlər aylıq annuitet formasında həyata keçirilir.
Kreditin illik faiz dərəcəsi müddətdən asılı olaraq aşağıdakı kimi dəyişir:
- 3-12 ay: min. 16%
- 13-24 ay: min. 17%
- 25-36 ay: min. 18%
- 37-48 ay: min. 20%
Faktiki illik faiz dərəcəsi (FİFD) 16.56%-dan başlayaraq 21.16%-dək yüksəlir. Rəsmiləşdirmə komissiyası isə minimum 2% təşkil edir. Əlavə olaraq, avtomobilin qiymətləndirilməsi üçün 100 AZN xərci mövcuddur.
İlkin ödəniş məbləği avtomobilin növündən və istehsal tarixinə görə fərqlənir:
- Elektrik mühərrikli avtomobillər: istehsal tarixi 1 ilə qədər olanlar üçün min. 10%, 1 ildən çox olanlar üçün min. 40%
- Hibrid mühərrikli avtomobillər: 1 ilə qədər – min. 20%, 1-3 il – min. 40%, 3-5 il – min. 50%
- Digər avtomobillər: 1 ilə qədər – min. 40%, 1-3 il – min. 50%, 3-5 il – min. 60%
Kredit üçün tələb olunan sənədlərə şəxsiyyəti və gəliri təsdiqləyən sənədlər daxildir.
Bank “BTB” bu kredit məhsulu ilə fərdi müştərilərə müasir və ətraf mühitə uyğun nəqliyyat vasitələrinə daha əlçatan şərtlərlə sahib olmaq imkanı yaradır.
Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/avtomobil-krediti-9
Fuad Mədətov
Finss.az