2025-ci ilin yanvar-aprel aylarında “Meqa Həyat Sığorta” ASC 5 milyon 35 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 318 min manat və ya 85% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-aprel aylarında şirkət 2 milyon 717 min manat sığorta haqqı toplayıb.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında 1 milyon 285 min manat sığorta ödənişi həyata keçirilib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 235 min manat və ya 25,7 dəfə artım deməkdir. Beləliklə, ötən ilin eyni dövründə sığorta ödənişləri cəmi 50 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az