2025-ci ilin yanvar-aprel aylarında “Paşa Sığorta” ASC 135 milyon 457 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 817 min manat və ya 1% artım deməkdir. Beləliklə, şirkət ötən ilin yanvar-aprel aylarında təxminən 134 milyon 113 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “Paşa Sığorta” ASC 41 milyon 848 min manat ödəniş həyata keçirib. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 48 min manat və ya təxminən 0,11% azalma deməkdir. Beləliklə, ötən ilin eyni dövründə sığorta ödənişləri təxminən 41 milyon 896 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az