MÜSAHİBƏ

03 İyun

Qırğızıstan Ticarət və Sənaye Palatası Azərbaycanlı sahibkarları əməkdaşlığa dəvət edir

Finss.az – Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatası (QRTSP) Azərbaycan iş adamlarını sənaye, kənd təsərrüfatı, tikinti, logistika, informasiya texnologiyaları digər iqtisadi sahələrdə əməkdaşlığa dəvət edir.

Qırğızıstan Ticarət və Sənaye Palatasının Azərbaycandakı rəsmi nümayəndəsi Zəfər Məmmədov və ümumi işlərin icraçısı Vüqar Bağırov bildiriblər ki, bu təşəbbüs iki ölkə arasında ticarət əlaqələrinin yeni mərhələyə keçidini təşviq etmək məqsədi daşıyır.

Palatanın yaydığı məlumata görə, Qırğızıstanda xarici investorlar üçün əlverişli hüquqi mühit yaradılıb və sahibkarlıq fəaliyyəti dövlət tərəfindən qanunvericilik zəmanəti ilə təmin olunur. Bu isə Azərbaycanlı iş adamları üçün stabil və təhlükəsiz biznes platforması təklif edir.

Eyni zamanda, Azərbaycan şirkətləri Qırğızıstanda təşkil olunan dövlət və özəl tenderlərdə iştirak etməyə dəvət olunurlar. QRTSP bu prosesdə lazımi əlaqələrin qurulmasına və tərəfdaş tapılmasına dəstək göstərməyə hazır olduğunu vurğulayır.

Əlaqə üçün:
E-mail: [email protected]
WhatsApp: (+994 55) 546 98 30

Qırğızıstan Ticarət və Sənaye Palatası Azərbaycan biznesinin potensialını yüksək qiymətləndirir və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bəyan edir.