MÜSAHİBƏ

02 İyun

Azərbaycandan Yunanıstana neft ixracı 3,5 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 129 milyon ABŞ dolları dəyərində 232,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 92,3 milyon ABŞ dolları və ya 3,5 dəfə, həcm ifadəsində isə 177,1 min ton və ya 4,2 dəfə çoxdur.

Dövr ərzində Yunanıstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Fuad Mədətov
Finss.az