Bu ilin aprel sonuna Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 8,748 milyard manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,421 milyard manat və ya 19,4% çoxdur.
Belə ki, ötən ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 7,327 milyard manat olmuşdu.
Qeyd edək ki, ötən ayın sonunda bankların kredit portfeli 28,096 milyard manat olub. Kredit portfelinin 53,2%-i (14,952 milyard manat) biznes kreditlərinin, 31,1%-i (8,747 milyard manat) istehlak kreditlərinin və 15.7%-i (4,396 milyard manat) ipoteka kreditlərinin payına düşüb.
Fuad Mədətov
Finss.az