MÜSAHİBƏ

30 May

PAŞA Sığorta-nın “Yazın Şanslı Sığortası” lotereyasının qalibləri müəyyən olundu

Finss.az - PAŞA Sığorta tərəfindən müştərilər üçün təşkil olunan “Yazın Şanslı Sığortası” lotereyası qalibləri elan olunub. Lotereyanın əsas uduşu olan Hyundai Elantra 2024 avtomobili öz sahibini tapıb. 

Bundan əlavə, lotereya çərçivəsində müxtəlif dəyərli hədiyyələr oynanılıb: 

- 3 ədəd elektron əşyalar mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu;

- 3 ədəd 1000 AZN dəyərində səyahət vauçeri;

- 3 ədəd Apple iPhone 16 Pro Max;

- 2 ədəd MacBook Air 13.6.

Ümumilkdə, 12 nəfər qalib müxtəlif hədiyyələr qazanıb.  Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz:

14 mart – 15 may tarixlərini əhatə edən lotereyanın  uduş fondu elektron püşkatma üsulu ilə xüsusi kompüter proqramı vasitəsilə oynanılıb və PAŞA Sığortanın rəsmi “YouTube” kanalında  və “Instagram” səhifəsində canlı yayımlanıb.  Qaliblərin siyahısı Azərbaycan qazetində nəşr edilib, PAŞA Sığortanın rəsmi vebsaytında yerləşdirilib. Həmçinin qalib şəxslər qazandığı hədiyyələr ilə bağlı SMS məlumatlandırma alıblar.

Qeyd edək ki, lotereya PAŞA Sığortadan avtomobillərin könüllü sığortası məhsullarını əldə edən və müəyyən məbləğdə sığorta haqqı ödəyən müştəriləri üçün (hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulmuşdu. Hər 99 AZN sığorta haqqı ödəyən müştəri lotereyada 1 iştirak şansı qazanırdı. 

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Zemfira Ms
Finss.az