MÜSAHİBƏ

29 May

ABB-İnvest ötən ili mənfəətlə başa vurub – MALİYYƏ HESABATI

ABB-İnvest İnvestisiya Şirkəti QSC 2024-cü maliyyə ili üzrə fəaliyyət nəticələrini açıqlayıb.

Finss.az xəbər verir ki, şirkətin xalis mənfəəti əvvəlki illə müqayisədə 3,8 dəfədən çox artaraq 2,32 milyon manata, xalis aktivləri isə 42% artımla 6,6 milyon manata çatıb.

Məlumata görə, investisiya xidmətləri üzrə göstərilən xidmətlərdən əldə olunan xalis komissiya və faiz gəlirləri 2023-cü illə müqayisədə 4,4 dəfə artıb. Bu xidmətlərin ümumi gəlirlərdəki payı isə 25 faiz bəndi artaraq 87%-ə yüksəlib.

Şirkətin özünə məxsus investisiya portfeli üzrə gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, 2024-cü ildə bu göstərici 8% artaraq, əsasən sabit gəlirli qiymətli kağızlardan əldə olunan faiz gəlirləri hesabına formalaşıb.

İnvestisiya portfelinin ümumi həcmi isə il ərzində 12,1% artaraq 19,9 milyon manata çatıb.

Baxmayaraq ki, 2024-cü ildə şirkətin öhdəlikləri mütləq ifadədə 2,3 milyon manat artıb, ümumi kapitalda öhdəliklərin payı 78%-dən 75%-ə qədər azalıb ki, bu da maliyyə sabitliyinin gücləndiyini göstərir.

Likvidlik göstəricilərində də diqqətəlayiq irəliləyiş qeydə alınıb. Şirkətin bank hesablarındakı vəsaitlər və yüksək likvidli aktivlərin ümumi həcmi əvvəlki illə müqayisədə 2,4 dəfə artaraq 3,1 milyon manata yüksəlib.

Şirkətin 2024-cü il üzrə maliyyə hesabatı ilə ətraflı tanış olmaq üçün:
//www.abbinvest.az/storage/uploads/files/1748345898_11-abb-invest-report.pdf

Fuad Mədətov
Finss.az