Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar-aprel aylarını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətlərinin yığımlarını açıqlayıb.
Finss.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta haqlarının yığımına görə renkinq siyahısında “Paşa Həyat Sığorta” ASC 281 milyon 911 min manatla ən yüksək nəticə göstərən şirkət olub.
İkinci ən yüksək nəticə “Paşa Sığorta” ASC-də (135 milyon 457 min manat), üçüncü ən yüksək nəticə isə “Qala Sığorta” ASC-də (41 milyon 71 min manat) qeydə alınıb.
Siyahıda sonuncu yerdə “İpək Yolu Sığorta”ASC ( 1 065 manat) qərarlaşıb.
Hesabat dövründə yerli sığorta şirkətlərinin yığımlarının cəmi 588 milyon 465 min təşkil edib.
Finss.az sığorta şirkətlərinin sığorta yığımları üzrə renkinqini təqdim edir:

Fuad Mədətov
Finss.az