MÜSAHİBƏ

28 May

2025-ci ilin ilk dörd ayında kredit qoyuluşları 16,7% artıb

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bank və digər kredit təşkilatlarının kredit portfeli 16,7% artaraq 29,7 milyard manata çatıb.

Mərkəzi Bankın açıqlamasına əsasən, ölkədə uzunmüddətli kreditlərin həcmi ümumi kredit portfelinin 83,5%-ni təşkil edib.

Bankların təqdim etdiyi məlumatlara görə, kredit qoyuluşlarının 93,9%-i banklar tərəfindən, qalan 6,1%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları vasitəsilə həyata keçirilib. Qısamüddətli kreditlərin həcmi isə 4,9 milyard manat olaraq qeyd olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3% artım deməkdir.

Eyni zamanda, ödəmə vaxtı keçmiş kreditlərin məbləği 2,3% artaraq 481,6 milyon manat təşkil edib və ümumi kredit portfelinin yalnız 1,6%-ni təşkil edir ki, bu da kredit keyfiyyətinin yüksək səviyyədə olduğunu göstərir.