MÜSAHİBƏ

26 May

İslam İnkişaf Bankı Azərbaycanın 81 layihəsinə 1,3 milyard dollara yaxın maliyyə ayırıb

2024-cü ilin sonuna olan məlumata görə, İslam İnkişaf Bankı Qrupunun (İİB) Azərbaycan üçün təsdiqlədiyi maliyyələşdirmənin ümumi həcmi 1 milyard 298 milyon dollar olub.

Bu barədə Finss.az İİB-nin 2024-cü il üzrə illik hesabatında təqdim olunan yenilənmiş rəqəmlərə əsasən verilib.

Hesabatda göstərilib ki, ayrılmış vəsaitin əsas hissəsi – təxminən 1 milyard 106 milyon dollar – 35 layihənin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda, 23 texniki yardım layihəsi üçün 4,4 milyon dollar, 20 ticarət maliyyələşdirmə əməliyyatı üçün 185,8 milyon dollar və üç xüsusi yardım təşəbbüsü üçün 1,6 milyon dollar məbləğində maliyyə dəstəyi ayrılıb.

Beləliklə, Azərbaycanın İİB ilə əməkdaşlığı ümumilikdə 81 təsdiqlənmiş əməliyyatı əhatə edir.

Fuad Mədətov
Finss.az