MÜSAHİBƏ

26 May

Neft qiymətləri yüksəlib

Finss.az - Bazar ertəsi səhər neft qiymətləri ABŞ-ın Avropa İttifaqından idxal edilən mallara 50% gömrük rüsumlarının tətbiqinin təxirə salınması xəbəri ilə ehtiyatla yüksəlib.

London ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti barelə görə 65,06 dollara çatıb. Nyu-York NYMEX birjasında WTI neft fyuçersləri isə 61,79 dollar səviyyəsindədir.

ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə aparılan danışıqlarda tariflərlə bağlı razılaşma əldə etmək üçün Avropa İttifaqına 9 iyula qədər təxirə salma vaxtı verib. Keçən həftə Tramp gömrük rüsumlarının tətbiqini 1 iyundan başlamasını tövsiyə etmişdi.

Eyni zamanda, ABŞ-da neft hasilatı üzrə fəaliyyət göstərən qurğuların sayı azalmaqdadır. Həmçinin investorların diqqəti İranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarına yönəlib.