Finss.az - "BOKT Embafinans" QSC 2024-cü ili 7 milyon 208 min manat xalis mənfəət ilə başa vurub.
Bu göstərici 2023-cü ildə əldə edilən 5 milyon 325 min manat xalis mənfəətlə müqayisədə 1 milyon 883 min manat və ya 35,4% artım deməkdir.
2024-cü ildə kredit təşkilatının faiz gəlirləri də nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 2023-cü ildə 15 milyon 313 min manat olan faiz gəlirləri 2024-cü ildə 20 milyon 704 min manata yüksələrək 35,2% artıb.
Eyni zamanda, "Embafinans"ın haqq və komissiya gəlirləri 75% artaraq 231 min manat təşkil edib.
Bu göstəricilər "BOKT Embafinans"ın 2024-cü ildə fəaliyyətinin gücləndiyini və maliyyə dayanıqlılığının artırıldığını nümayiş etdirir.