MÜSAHİBƏ

22 May

Bitcoin tarixi rekord qırdı

Finss.az - Bitcoin bazarda bu həftə tarixi yüksəlişə imza atdı və qiyməti ilk dəfə olaraq 111 min ABŞ dolları səviyyəsini keçdi.

Bu, ABŞ dollarının məzənnəsinin zəifləməsi fonunda baş verib və kriptovalyutaya institusional tələbin artması ilə bağlıdır.

ABŞ Konqresinin Senatı GENIUS Act adlı qanun layihəsini yeni redaksiyada dəstəkləyərək stabilkoinlərin federal səviyyədə tənzimlənməsinin yolunu açdı. Ekspertlər qeyd edir ki, bu qanun rəqəmsal aktivlərlə məşğul olan şirkətlər üçün daha çox aydınlıq yaradacaq və yaxın zamanda qəbul edilə bilər.

Eyni zamanda, ABŞ dövlət istiqrazlarının zəif nəticələri və büdcə kəsirinin artacağına dair narahatlıqlar ABŞ dollarının Yena qarşı məzənnəsini aşağı salıb. Bu, ABŞ səhmlərinin bazarında düşüşə səbəb olub və investorları alternativ investisiya vasitələrinə – kriptovalyutalar və qızıl – yönəldib.

Hazırda Bitcoin 110,54 min dollar səviyyəsində ticarət olunur və əvvəlki sessiyaya nisbətən 1,7% artım göstərir.