MÜSAHİBƏ

21 May

Ötən gün bank kartlarından 7 min manatdan çox pul talanıb

Finss.az - Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, ötən gün vətəndaşların bank kartlarından ümumilikdə 7 mindən çox manat kiber üsulla oğurlanıb.

Xüsusilə mayın 20-də ayrı-ayrı şəxslərin müxtəlif məbləğlərdə – 1560, 1300, 1000, 799, 750, 600, 510, 419, 381 və 71 manat olmaqla bank kartlarından pul vəsaitləri çıxarılıb.

Məlumatda vurğulanır ki, bank kartının üzərindəki CVV/CVC kodları, həmçinin SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır və bu məlumatlar naməlum şəxslərə verildikdə, hesablarındakı pul vəsaitləri ya da kredit limitləri risk altında olur.

DİN vətəndaşları şübhəli zənglər və mesajlardan uzaq durmağa çağırır. Xüsusilə, cəlbedici qazanc təklifləri, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi və ya mədaxillə bağlı gələn zənglərə diqqətlə yanaşmaq, belə zənglər zamanı danışıq və yazışmanı dərhal dayandırıb, nömrələri bloklamaq tövsiyə olunur.